Xəzər rayonunda iki oğru saxlanılıb

15:43 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd noutbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U. Orucovu müəyyən edərək saxlayıblar.

Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini görüb, mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyev saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.