Yazını böyüt
Yazını kiçilt
Dağıstan müstəntiqləri Xəzər dənizi sahillərində 18 nəfərin qalıqları aşkar edildikdən sonra araşdırma təşkil ediblər.
Bu barədə Rusiya KİV-nə Rusiya Federasiyası İstintaq Komitəsinin Respublika üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Xəzər dənizinin sahilində 18 insan skeleti aşkar edildikdən sonra RF İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin müstəntiqləri yoxlama təşkil ediblər", - nazirlik bildirib.
İlkin müayinəyə əsasən, qalıqlar XX əsrin 30-cu illərinə aiddir.
Bundan əvvəl sosial şəbəkələrdə Mahaçqalada yerli istirahət mərkəzinin yaxınlığında 18 nəfərin qalıqlarının tapıldığı barədə məlumat yayılıb.