Xocalı soyqırımına həsr olunmuş kunq-fu üzrə Bakı çempionatı başlayıb

11:33 22.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 22-də Hövsan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş kunq-fu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Bakı çempionatına start verilib.

Hafta.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kunq-Fu Federasiyasının təşəbbüsü ilə keçirilən yarışa 25 komandadan 330 idmançı qatılıb.

Qeyd edək ki, yarışın qalibləri Baş İdarə və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.