Yanvar ayı üzrə bütün müavinət, təqaüd və yardımlar ödənilib

21:41 28.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün yanvar ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənilib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən hafta.az-a verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, yanvar ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb.

Qeyd edək ki, yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, yanvarın 14-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Oxunma sayı 31