Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ olub

11:55 03.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 3-də Yaponiyanın şərq sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Səhər saat 3:26 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Çiba prefekturasının şərq sahillərində, ocağı 30 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.