Yaponiyada 5,4 bal gücündə zəlzələ

12:39 06.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın cənub-qərbində 5,4 maqnitudalı zəlzələ olub.

Hafta.az-ın xəbərinə görə, bu barədə Yaponiya Milli Hidrometeorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin ocağı Tosima adası yaxınlığında, 20 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.