Yeni tikilmiş binanın damı çökdü – 3 ölü, 90 yaralı 

15:07 20.05.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Çinin cənubundakı Quanqşi Cuang muxtar bölgəsində 3 mərtəbəli yeni tikilmiş üçmərtəbəli binanın damının çökməsi nəticəsində 3 nəfər dünyasını dəyişib.

Hafta.az xarici KİV-ə istinadla bildirir ki, hadisə nəticəsində 90 nəfər yaralanıb. Onlardan 17-nin vəziyyətinin ağır olduğu deyilir. Ölü sayının artacağı istisna olunmur. Yayılan məlumatda binanın bir həftə öncə istismara verildiyi vurğulanır.

Hadisə ilə bağlı araşdırmalara başlanıb. Podaratçı şirkət rəhbərinin saxlanıldığı vurğulanır.