Yazını böyüt
Yazını kiçilt
Ermənistan Hava Yolları bu günə olan Yerevan-Tehran reysini ləğv edib.
Hafta.az xəbər verir ki, bu barədə “Armenia Eyrveys”in Feysbuk səhifəsində məlumat yayılıb: “Məlumat veririk ki, “Armenia Eyrveys”in yanvarın 12-nə planlaşdırdığı AMW111/112 Yerevan-Tehran-Yerevan reysi təhlükəsizlik səbəbindən ləğv edilir”.
Məlumatda bildirilib ki, sərnişinlər şirkətin ofislərinə müraciət edərək biletlərini başqa vaxta dəyişə bilər.