Yevlaxda iki minik avtomobili toqquşdu - 7 nəfər xəsarət alıb

17:13 20.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda ağır yol qəzası olub.

Hafta.az APA-ya istinadən məlumat verir ki, hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Elantra"-nın  sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Onlar xəstəxanaya yerləşdiriliblər.