Yığmamız 20 top fərqilə uduzdu

14:53 15.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kişi həndbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Vidadi Əliyevin baş məşqçisi olduğu komanda "İHF/EHF Trophy"də mübarizəyə başlayıb.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirin B qrupunda yer alan millimiz ilk turda meydan sahibləri ilə görüşüb. Rəqibin üstünlüyü ilə keçən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb - 16:36 (7:18).

Matçın ən yaxşı bombardiri İrakll Kbilaşvili olub. O, az qala yığmamız qədər - 12 qola sevinib. 

Millimizin heyətində Hüseyn Aydəmirov 6, Cavid Abdullayev 3, İslam Slemanov, Sergey Dubovik və Orxan Əliyev hərəyə 2, Saleh Vəliyev 1 dəfə fərqlənib.

Bu gün keçiriləcək II turda yığmamız istirahət edəcək. Millimiz sabah Moldova ilə görüşəcək.

Qeyd edək ki, üç komandalı qrupların hərəsindən ilk iki yerin sahibi yarımfinala yüksələcək. Qrup sonuncuları 5-ci yer uğrunda mübarizə aparacaq. Digər qrupda Andorra, Bolqarıstan və Kipr qüvvəsini sınayır.

Oxunma sayı 612
İdman rubrikasından digər xəbərlər