Yazını böyüt
Yazını kiçilt
“Hal-hazırda sıra baxışındayam. Yol polisi əməkdaşlarına yeni xidməti formalar paylanılır”.
Bunu hafta.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Vaqif Əsədov bildirib ki, yeni formaların paylanması davam edir. Qeyd edək ki, yeni xidməti formalar ilk olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) yol patrul xidməti əməkdaşlarına paylanıb. Lakin paytaxtda da bütün yol polisi əməkdaşları yeni formalarda deyil. BŞDYPİ-dən hafta.az-a verilən məlumata görə, Yaxın günlərdə Bakının digər rayonlarında da əməkdaşlara yeni formalar paylanacaq.