Yol qəzasında dünyasını dəyişdi

20:20 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın "Oser" klubunun keçmiş futbolçusu Fabris Lepol avtomobil qəzasında dünyasını dəyişib.

Hafta.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, faciəvi hadisə mayın 22-nə keçən gecə baş verib. O, 43 yaşında həyatını itirib.

Qeyd edək ki, Fabris Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə o, həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub. Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib.

Oxunma sayı 2507