“Yolumuz Qarabağa” portalında icazələrin verilməsi müvəqqəti dayandırılıb

14:23 30.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

30 iyun-6 iyul tarixlərində işğaldan izad edilmiş ərazilərdə keçiriləcək dövlət tədbiri ilə əlaqədar “Yolumuz Qarabağa” portalından 9 istiqamət üzrə (Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Laçın) gedişlər ləğv olunub.

Bu barədə Hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.

“Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb”, - deyə məlumatda qeyd edilib.