Yoluxma yenə 500-ü keçdi

23:25 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus infeksiyasına 549 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, son sutkada ölüm halı baş verməyib.

İndiyədək ümumilikdə 805 762 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 765 nəfər müalicə olunaraq sağalıb, 9777 nəfər vəfat edib, aktiv xəstə sayı 3220 nəfərdir.

Son sutka ərzində 4372, hazırkı dövrədək isə 7 101 524 test aparılıb.

Oxunma sayı 121