Yazını böyüt
Yazını kiçilt
Qusarda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun rayonun Samur qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Hafta.az xəbər verir ki, ilkin məlumata görə, Dağıstan qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxaraq kanal ərazisinə düşüb, sürücü hadisə yerində həyatını itirib.
Şahidlərin sözlərinə görə, qəzaya düşən yük avtomobili badımcanla yüklü olub.
Qeyd edək ki, aidiyyəti sorğu ünvanlanıb./oxu.az/