Yunanıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

22:41 07.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yunanıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Hafta.az yunan mediasına istinadla xəbər verir ki, “exit-poll”un nəticələrinə görə, Kiriakos Miçotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya partiyası seçkilərdə qələbə qazanıb. Belə ki, bu partiya seçkilərdə səslərin 38-42 faizini toplayıb. Baş Nazir Aleksis Tsiprasın liderlik etdiyi SYRIZA partiyası isə səslərin 26,5-30,5 faizini toplaya bilib.

Yerli KİV-lərin məlumatına əsasən, Baş Nazir “exit-poll”un nəticələri ilə razılaşdıqlarını bildirib.

Qeyd edək ki, seçkilərdə 20 siyasi partiya parlamentdəki 300 kürsü uğrunda mübarizə aparıb.