Yazını böyüt
Yazını kiçilt
İngiltərənin “Liverpul” futbol komandasının baş məşqçisi Yurgen Klopp 2019-cu ilin ən yaxşı klub məşqçisi seçilib.
52 yaşlı almaniyalı mütəxəssis Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının keçirdiyi səsvermə əsasında böyük üstünlüklə planetin ən yaxşısı olub. Y.Klopp səsvermədə 369 xal toplayıb.
İngiltərənin digər klubu “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Pep Qvardiola 100 xalla ikinci, Hollandiyanın “Ayaks” komandasını çalışdıran Erik Ten Haq 82 xalla üçüncü olub.
Qeyd edək ki, səsvermədə bu titula yiyələnmək üçün ümumilikdə 19 məşqçi iştirak edib.