Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə telefonla danışıb

21:21 02.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini cənab Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Siyasət rubrikasından digər xəbərlər