Zelenskinin Ankarada Ərdoğanla görüşü başa çatdı...

17:49 15.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş başa çatıb.

Hafta.az xəbər verir ki, “Anadolu” agentliyinin yaydığı məlumata görə, görüş 3 saata yaxın davam edib .

Bundan əvvəl Zelenski Türkiyə prezidenti ilə görüşdən sonra Ukraynanın Rusiya ilə danışıqlarda iştirak etmək qərarını açıqlayacağını bildirmişdi.

Ərdoğan və Zelenski arasındakı görüşdən başqa təfərrüatlar barədə məlumat verilməyib.