Zəngilanlılar 30 ilə yaxındır ki,  bu günü səbirsizliklə gözləyirdi – Millət vəkili

19:11 19.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Artıq həmin an yetişib. Bu gün zəngilanlılar öz doğma yurduna qayıdıb”.

Bunu hafta.az-a Millli Məclisin deputatı Ceyhun Məmmədov bu gün məcburi köçkünlərin Zəngilana ilk köçü ilə bağlı açıqlamasında bildirib.

 C.Məmmədov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan öz qələbəsini təmin etdi, 30 illlik işğala son qoyuldu. 

“Nəhayət, gözlədiyimiz an yetişdi. Zəngilanlılar 30 ilə yaxındır ki,  bu günü səbirsizliklə gözləyirdi. Onlar heç zaman inamlarını itirmədilər.  Hər zaman o arzu, o fikirlə yaşadılar ki, gün gələcək o torpaqlara qayıdacaqlar. Zəngilan bu gün öz ilk qaranquşlarını  qəbul edib.  Köç başlanır, bu ilkin layihədir. Bu da onu göstərir ki, qarşıda bizi daha böyük layihələr, uğurlar gözləyir”.