“Zirə” - “Keşlə” oyunundan sonra hakim döyülüb

11:24 30.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə “Keşlə” arasında keçirilən cavab oyunundan sonra xoşagəlməz hadisə baş verib.

Matçın yan xətt hakimi Pərvin Talıbov qarşılaşmadan sonra koridorda bir neçə nəfər tərəfindən hücuma məruz qalaraq döyülüb.

Məlumatı dəqiqləşdirmək üçün Talıbovun özü ilə əlaqə saxladıq. Hadisənin baş verdiyini təsdiqləyən laysman ona hücum çəkənləri tanımadığını söyləyib: “Hər oyundan sonra tuneldə futbolçulara nəzarət etmək hakimin görəcəyi işdir. Mən də orada durmuşdum ki, oyunçular arasında hər hansı bir xoşagəlməz hadisə yaşansa, baş hakimi məlumatlandırım. Öz yerimi tutub stadiona baxırdım. Elə o anda arxadan 4-5 nəfər üstümə cumub təpik vurmağa başladılar, nalayiq söyüşlər işlətdilər. Mən də yalnız özümü müdafiə etməyə çalışdım. Amma onlar nə futbolçu, nə də məşqçilər idi. Tanımadığım şəxslər idi. Bilmirəm, bəlkə də, “Zirə”nin azarkeşləri olub. Sağ olsun, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, hadisəni görən kimi, qaçaraq bizə tərəf yaxınlaşdı, onların üstünə qışqırdı ki, siz kimsiz bura girmisiz, nə edirsiz?”apasport

 
Oxunma sayı 226