“Zirə” sabiq futbolçusunu transfer edib

17:10 01.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zirə” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan hafta.az-a verilən məlumata görə, paytaxt təmsilçisi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini heyətinə qatıb. Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Futbolçu ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdur.

Qeyd edək ki, daha əvvəl 2016-2017-ci illər mövsümündə “Zirə”nin şərəfini qorumuş oyunçu Azərbaycanda “Şamaxı”, “Neftçi”, İtaliyada “Çezena”, “Pavia”, İspaniyada “Alaves”, Rumıniyada “Unversitatya Krayova”, Səudiyyə Ərəbistanında isə “Ohod” klublarında çıxış edib.

Oxunma sayı 119