“Zirə”nin yeni transferi 3 həftə oynamayacaq

15:10 26.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Hafta.az xəbər verir ki, bu barədə Klubdan AZƏRTAC-a verilən məlumatda bildirilir. Qeyd edilib ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.

Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

Qeyd edək ki, Rövlan Muradov cario mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib.