Yazını böyüt
Yazını kiçilt
Misli Premyer Liqasında çıxış edən “İmişli” klubunun İmişli rayonunda yerləşən Heydər Əliyev adına stadiona qayıtmaqda çətinlik çəkdiyi bəllidir.
Hafta.az bildirir ki, buna səbəb stadionun sənədləşmə problemlərinin olmasıdır.
Klub prezidenti Kamran Eyyubov planlarında yeni stadion tikmək olduğunu bildirib: “Bizim də ən böyük istəyimiz İmişlidə rəqibləri qəbul etməkdir, lakin hazırda bu real görünmür. Yeni stadion tikmək fikrindəyik, bunun üçün torpaq sahəsi alınmalıdır, stadion tikmək elədə asan iş deyil”.