Türkiyədə 5.4 bal gücündə zəlzələ olub

17:36 25.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə  5.4 ballıq zəlzələ baş verib.

 

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Məlumata görə, Muğla vilayətinin Seydikemer rayonundan 80 kilometr məsafədə zəlzələ baş verib.

 

Yeraltı təkan Rixter şkalası ilə 5.4 balla qiymətləndirilib. Zəlzələnin ocağı yerin 41 kilometr dərinliyində yerləşib