"Barselona" antirekord müəyyənləşdirdi

11:30 22.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekord müəyyənləşdirib.

Hafta.az xəbər verir ki, bu barədə "OptaJose" məlumat yayıb.

Məlum olub ki, komanda Avropa Çempionlar Kuboku/UEFA Çempionlar Liqası tarixində ilk dəfə ardıcıl 10 oyunda qol buraxıb.

Qeyd edək ki, "Barselona" ÇL-in əsas mərhələsinin VII turunda dünən səfərdə "Slaviya Praqa"nı 4:2 hesabı ilə məğlub edib.