Yazını böyüt
Yazını kiçilt
“““Konstitusiya və Suverenlik İli” çərçivəsində qanunun aliliyinin təşviqi, hüquqi dövlət institutlarının gücləndirilməsi əsas xətti təşkil edib. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və Böyük Qayıdış prosesi fundamental hüquqların bərpası kontekstində xüsusi yer tutur”
Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisisn bugünkü plenar iclasında Ombudsman Səbinə Əliyeva bildirb.
O, eyni zamanda Sülh prosesi və beynəlxalq mühitdə cərəyan edən məsələlərə toxunub:
“ABŞ-ın Vaşinqton şəhərində imzalanmış Birgə Bəyannaməsi regionda uzunmüddətli sülh perspektivlərini gücləndirib. Türk dövlətləri ilə əməkdaşlıq isə regional inteqrasiyanı və təhlükəsizlik koordinasiyasını dərinləşdirib”.