"Brent" markalı neftin qiyməti 110 dolları ötüb

23:55 14.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:53 üçun (Bakı vaxtı) 1,12 faiz bahalaşaraq 110 dollar/barel təşkil edib.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, saat 21:05 üçun (Bakı vaxtı) bahalaşma 1,226 faizə qədər artıb və "Brent" markalı neft 110,15 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə "Brent" markalı neftin qiyməti martın 31-i 110 dollardan artıq olub.

 

"WTI" markalı neftin iyun fyuçerslərinin qiyməti isə 1,21 faiz artaraq 105,48 dollar/barel təşkil edib.