Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna hazırda 4 mindən çox rus əsgərini əsir saxlayır, təxminən 7 min ukraynalı hərbi əsir isə Rusiyanın əlindədir.
Hafta.az yazır ki, Zelenski deyib: “Hərbi əsirlərin mübadiləsi. Onlar (ruslar) hazırda təxminən 7 min ukraynalı hərbi əsir saxlayırlar. Hazırda 4 mindən çox əsirimiz var. Bu, yaxşı xəbərdir, çünki əvvəl bu say 1500 nəfər idi, indi isə 4 mindən bir az çoxdur. Beləliklə, biz mübadilə apara bilərik”.
Zelenski bildirib ki, ideal vəziyyət Rusiya tərəfinin “hər kəs hər kəsə” mübadiləsinə razı olması olardı. Eyni zamanda, Ukrayna “min nəfərə min” mübadiləsinə hazırdır. Prezident deyib: “Əgər onlar 100 faiz mübadiləyə hazır olsaydılar, yaxşı olardı. Bu istiqamətdə atılan hər hansı bir addım bizim üçün müsbət qərardır”.