Yazını böyüt
Yazını kiçilt
"WhatsApp" messencerinin yeni siyasəti "Facebook"a istifadəçilərin şəxsi yazışmalarını əldə etmək imkanı vermir.
Hafta.az xəbər verir ki, bu barədə "WhatsApp"ın yayımladığı bəyanatda deyilir.
Qeyd edilir ki, "Facebook" həm də istifadəçilərin əlaqə siyahısını da görməyəcək:
"WhatsApp", eləcə də "Facebook" sizin şəxsi yazışmalarınızı görmür və zənglərinizi dinləmir. "WhatsApp" yazışmaların və zənglərin qeydiyyatını aparmır və əlaqələrin siyahısını "Facebook"la paylaşmır".
Açıqlamada bildirilib ki, messencerdə qrup yazışmaları da gizlin qalır.