"Günahkarlar məsuliyyətə cəlb olunmalıdır" - FİFA prezidenti

21:24 18.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FİFA prezidenti Canni İnfantino Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” - “Real” matçında Vinisius Juniora qarşı baş verən irqçilik qalmaqalına münasibət bildirib.

Hafta.az xəbər verir ki, bu barədə FİFA-nın "X" hesabında məlumat paylaşılıb.

İnfantino baş verənlərdən sarsıldığını qeyd edib: “Vinisius Juniora qarşı irqçilik hadisəsini eşidəndə şoka düşdüm və kədərləndim. İdmanımızda və cəmiyyətdə irqçiliyə yer yoxdur. Bütün tərəflər tədbir görməli və günahkarlar məsuliyyətə cəlb olunmalıdır”.

Prezident həmçinin matçın baş hakimi Fransua Leteksyeyə irqçiliyə qarşı protokolu aktivləşdirdiyi və oyunu dayandırdığı üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, FİFA-nın Qlobal İrqçiliklə Mübarizə Təşkilatı və Oyunçuların Hüquqlarının Müdafiəsi Komissiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.