Yazını böyüt
Yazını kiçilt
Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezlə bağlı paylaşım edib.
Hafta.az xəbər verir ki, futbolçu Corcina ilə şəkilini yayımlayaraq ona ad günü münasibəti ilə bunları yazıb:
"Həyatımın qadını, ad günün mübarək!".
Ronaldo paylaşımına ürək emojisi qoyub.
Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.