"Kəpəz"in qış planı məlum olub

19:55 29.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kəpəz"in qış hazırlıq planı bəlli olub.

Hafta.az xəbər verir ki, "sarı-göylər" yanvarın 3-də Gəncə şəhərində təlim-məşq toplanışına başlayacaq.

Məlumata görə, hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa çıxacaq. Gənc təmsilçisi yanvarın 10-da Qəbələ şəhərində “Qəbələ” komandası ilə üz-üzə gələcək.

Azər Bağırovun rəhbərlik etdiyi kollektiv ayın 17-də isə Yevlaxda “Karvan-Yevlax”la qarşılaşacaq.