"Kızılcık Şerbeti" serialına yeni mövsümdə 5 yeni aktyor qatılıb

10:18 19.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Show TV”nin məşhur serialı "Kızılcık Şerbeti" yeni mövsüm hazırlıqları çərçivəsində heyətini gücləndirməyə davam edir. Gold Film-in imzası olan serialın çəkilişləri avqustun 23-də başlayacaq və bu yeni mövsümdə seriala beş yeni aktyor qatılacaq.

Hafta.az-ın yazdığına görə, uğurlu aktrisa Şəbnəm Bozoklu "Kızılcık Şerbeti"də Kıvılcım (Evrim Alasya) əmisi oğlu İzmirdən olan Meri obrazını canlandıracaq. Bozoklunun seriala qatılmasının hekayəyə yeni bir dinamizm gətirəcəyi gözlənilir.

"Kızıl Gönçeler" serialında Affan obrazı ilə tamaşaçıların rəğbətini qazanan Batuhan Bozkurt Yüzgüləç "Kızılcık Şerbeti"ndə Firaz obrazı ilə çəkiləcək. Firaz ekranlarda Nursəma (Cerən Karakoç) ilə ortaq olaraq görünəcək.

Təcrübəli aktrisa Şəbnəm Dönməz serialda Girayın (Kaan Taşanər) ögey anası Həvəs obrazını canlandıracaq. Dönməzin ifası serialın dramatik quruluşunu gücləndirəcək elementlərdən biri kimi önə çıxır.

Görkəmin (Özgə Özacar) atası Rəsulun (Murat Ercanlı) yeni evlənən Hacı Asudə obrazını usta aktyor Sərvət Pandur canlandıracaq. Hacı Asudə də Firazın (Batuhan Bozkurt Yüzgüləç) anası kimi tamaşaçılar qarşısına çıxacaq.

Seriala yeni qatılan digər ad Fırat Çelikdir. Çelik "Kızılcık Şerbeti"ndə nəşriyyatın sahibi Cəmal rolunda çıxış edəcək. Hekayəyə dair ilk məlumata görə, Kıvılcım üçün Cəmal mühüm rol oynayacaq.