"Krallıq öz təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri görəcək" 

19:26 01.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu gün İranın Səudiyyə Ərəbistanı və bir neçə qonşu ölkəni hədəf alan hücumlara cavab almaq üçün İranın Krallıqdakı səfiri Əlirza Enayatini nazirliyə çağırıb.

Hafta.az yazır ki, görüş zamanı xarici işlər nazirinin müavini Vəlid Əlxəreyci Krallığın hücumlardan qəti narazılığını və hadisəni qınadığını diplomatın diqqətinə çatdırıb.

Əlxəreyci Səudiyyə Ərəbistanının dövlət suverenliyinin hər hansı formada pozuntusunu qəti şəkildə rədd etdiyini vurğulayaraq, bu cür hərəkətlərin regional təhlükəsizlik və sabitliyə xələl gətirəcəyi barədə xəbərdarlıq edib.

O, həmçinin bildirib ki, Krallıq öz təhlükəsizliyini təmin etmək və ərazisini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Görüş, İranın Səudiyyə Ərəbistanı və Körfəz ölkələrini hədəf alan hərəkətlərindən sonra regional gərginliyin artması fonunda baş verib.