"Münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik istəmirik" - Xarici işlər naziri

09:50 24.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Əlcəzairlə Mərakeş arasında münasibətləri düzəltmək üçün vasitiçilik istəmirik".

Hafta.az-ın yazdığına görə, bu sözləri Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra deyib. Əlcəzair televiziyasına danışan nazir bildirib ki, medianın bu fikri hansı tərəfə bağlamasından asılı olmayaraq, Mərakeşlə münasibətlərin kəsilməsində vasitəçiliyə dözmək olmaz. "Dünən, bu gün və ya sabah heç bir vasitəçilik yoxdur, çünki Əlcəzairin mövqeyi bəllidir, diplomatik əlaqələr çox ciddi səbəblərə görə kəsilib. Bütün məsuliyyət əlaqələri bu qədər pisləşdirən tərəfin üzərinə qoyulmalıdır", - Lamamra deyib.

Cənab Lamamra deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanı, Ərəb və digər Afrika ölkələri ilə ortaq maraqları mövcuddur. "Biz hər zaman Ərəb dünyasından olan məsləkdaşlarımızla görüş danışır, müzakirələr aparır, sazişlər bağlayır və bu cür məsələlərə müdaxilə etmədən milli maraqlarımızı qoruyuruq", - deyib nazir Lamamra.

Xatırladaq ki, Əlcəzair hökuməti 24 avqust 2021-ci ildə onilliklər ərzində münasibətləri gərgin olan Mərakeşlə diplomatik əlaqəni kəsmək qərarına gəldiyini açıqlayıb. İki ölkə arasındakı bu gərginlik bölgədəki enerji xətlərində də özünü göstərib. Əlcəzair 1 oktyabr 2021-ci ildə Mavritaniyaya TIR-la ticarət məhsulları daşıyan 3 vətəndaşının öldürülməsi ilə nəticələnən hücumda da dolayısıyla Mərakeşi ittiham edib.

Qərbi Səhra problemi uzun müddətdir ki, Mərakeş - Əlcəzair münasibətlərində gərginlik yaradır. Mərakeş Əlcəzairi separatçı Polisario Cəbhəsinə dəstək verməkdə ittiham edir.

Məlumdur ki, Əlcəzair Mərakeşin Qərbi Saharadakı addımlarını dəstəkləmir.

Oxunma sayı 255