"Neftçi" Çin klubuna qalib gəldi

19:36 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Hafta.az xəbər verir ki, "ağ-qaralar" Çinin "Çenqdu Ronqçenq" komandası ilə üz-üzə gəlib.

Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində 9-cu dəqiqədə Andrey Ştoqrin, 29-cu dəqiqədə Bassala Sambu, 53-cü dəqiqədə isə İqor Ribeyro fərqlənib.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” 2-ci matçında "Piramids"lə (Misir) heç-heçə edib - 1:1.