"Neftçi"dən qələbə, "Zirə"dən heç-heçə

18:38 20.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Hafta.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə qazanıb.

Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. 

20 dekabr (şənbə)

“Zirə” – “İmişli” - 0:0
Zirə İdman Kompleksinin stadionu

“Karvan-Yevlax” - “Neftçi” - 1:2 

Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen. (1:2)
Yevlax şəhər stadionu

21 dekabr (bazar)

15:00. “Qəbələ” – “Qarabağ”

17:30. “Araz-Naxçıvan” – “Şamaxı” 

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah”

19 dekabr (cümə)

“Kəpəz” - “Turan Tovuz” - 0:2