"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxarılır

12:53 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk matçın biletləri sabah satışa çıxarılacaq.

Ağdam klubundan Hafta.az-a verilən məlumata görə, biletlər gün ərzində satışda olacaq. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-da başlayacaq.