Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.
Hafta.az xəbər verir ki, 2-ci dövrə 8-ci turun görüşləri ilə başlayıb.
Bu gün lider “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu, Ağdam klubunun 2019/2020 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub. Qurban Qurbanovun komandası bundan əvvəlki 7 oyunun hamısında qələbə qazanmışdı.
Günün digər matçında “Keşlə” “Sabah”ı qəbul edib və bərabərə qalıb -1:1.
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
19 oktyabr
“Keşlə” – “Sabah” - 1:1
Qollar: Vüsal İsgəndərli, 16 (1:0), Hendrik Ekşteyn, 90+2 (1:1)
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3-ikinci sarı vərəqə ("Sabah")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”
“Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: Qismət Alıyev, 3 (1:0), İsmayıl İbrahimli, 9 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu