Yazını böyüt
Yazını kiçilt
Bu gün Azərbaycan Premyer Liqasının I turunda daha bir oyun keçirilib.
Hafta.az xəbər verir ki, yeganə görüş ötən mövsüm ölkə kubokunun finalçıları - "Qəbələ" və "Sumqayıt" arasında olub.
Son transfer Mehdi Şərifinin dublu "gənclik şəhəri" təmsilçisini 3 xala daşıyıb.
Bununla "Sumqayıt" ilk dəfə Qəbələ səfərindən qalibiyyətlə dönməyi bacarıbsa, "qırmızı-qaralar" ilk dəfə "kimyaçılar"la ev matçında qola həsrət qalıb.
17 avqust
“Qəbələ” – “Sumqayıt” - 0:2
Qollar: Mehdi Şərifi, 12, 28
Qırmızı vərəqə: Asif Məmmədov, 84