Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.
Hafta.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib.
"Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
"Neftçi" isə "Keşlə"nin qonağı olub və 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah oynanılacaq iki görüşlə yekun vurulacaq.
9 noyabr
“Keşlə” – “Neftçi” - 2:1
Qollar: Donald Gerye, 45+1 (0:1), Franko Flores, 63 (1:1), Meza Kolli, 82 (2:1)
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
“ASCO Arena”
“Qəbələ” – “Səbail” - 3:0
Qollar: Davit Volkov, 22 , 45+2, Ülvi İsgəndərov, 90+2
Qırmızı vərəqə: Əli SadıqovA, 80 ("Səbail)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
10 noyabr (bazar)
16:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu