Türkiyə ilə ABŞ arasında böhrana səbəb olan "S-400"lərin təhvili prosesinə bu həftə başlanılacaq.
Hafta.az "Yeni akit"ə istinadən yazır ki, Türkiyə bu prosesdən sonra "S-400"ə malik olan ilk NATO dövləti olacaq. Artıq "S-400" sisteminin yerləşdiriləcəyi angarın tikintisi tam başa çatıb. İlk havadan müdafiə sistemi 15 iyul çevrilişə cəhd hadisəsindən sonra adı dəyişdirilərək "Mürtəd" olan Akıncı bazasında yerləşdiriləcək. Bildirilir ki, buradakı nəhəng abgarlar Rusiya Dövlət Silah Şirkətinin təklifləri əsasında son dərəcə xüsusi forma və sirləri özündə cəmləyərək tikilib. Bazada "S-400"lərə həm texniki nəzarət olunacaq, həm ciddi mühafizə ediləcək. Eyni zamanda bu hava mühafizə sisteminin komanda nəzarət məntəqəsi də bazanın ərazisində yerləşəcək.