Yaxın saatlarda dolu düşə bilər - XƏBƏRDARLIQ

09:03 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı ehtimal olunur.

Hafta.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin ötən gün yaydığı məlumatda bildirilirdi ki, Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq.

Əsasən gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. İyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.