"Sabah"dan ilk qələbə, "Keşlə" qalib gəldi

21:48 29.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun gününə daha iki görüş keçirilib.

"Sabah" öz meydanında 2-ci pillənin sahibi "Səbail"lə qarşılaşıb. Yeni baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altından birinci oyununa çıxan "Sabah" bu matçda mövsümdə ilk qələbəsini qazanıb. 

Günün digər matçında isə "Keşlə" və "Zirə" üz-üzə gəlib. Görüş "Keşlə"nin qələbəsi ilə başa çatıb.

29 sentyabr

“Sabah” – “Səbail” - 3:0
Qollar:
 Coşqun Diniyev, 78, Cavid İmamverdiyev, 85, Şakir Seyidov, 90+4
“Bank Respublika Arena”

“Keşlə” – “Zirə” - 2:0
Qollar:
 Ruslan Qurbanov, 53, Lorenso Frutos, 64
“ASCO Arena”