"Səbail" millinin futbolçusunu heyətinə qatdı

19:43 26.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Səbail” klubu dövrələr arası fasilədə növbəti futbolçunu heyətinə qatıb. 

Hafta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Belə ki, 1-ci Liqa təmsilçisi “Turan Tovuz”un və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Raul Məmmədovu heyətinə cəlb edib.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün sonuna qədər klubda icarə əsasında çıxış edəcək.