"Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar" - Rusiya XİN başçısı

20:25 21.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar.

Hafta.az-ın məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Rusiya XİN rəhbəri bildirib: "Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir".