20 yaşlı qızın intiharı ilə bağlı cinayət işi açıldı

17:06 22.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş prokurorluğun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan  125-ci maddəsi ilə cinayət işi açılıb.

"2001-ci il təvəllüdlü  Atakişiyeva Sevil Samir qızının  fevralın 21-də saat 20 radələrində  paytaxtın Xətai rayonu ərazisində yerləşən  yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon  prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.