2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib

11:44 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"44 günlük müharibə zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib".

Bunu jurnalistlərə açıqlamasında ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib. O bildirib ki, bu zaman yerli sakin tərəfindən daxil olan 3000-ə yaxın çağırış nəticəsində 1000-dən yuxarı PHS aşkar edilib. "10 noyabrdan sonra işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına start verilib. Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günə kimi aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib. Əməliyyatlar zamanı 18 648 mina və PHS tapılıb və zərərsizləşdirilib. İ. İsmayılov qeyd edib ki, bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb: "10 km uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Agdam dəmiryolu xətti, Fuzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir. O cümlədən, Füzuli-Şusa avtomobil yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək". İdris İsmayılovun sözlərinə görə, digər istiqamətlərdə də tədbirlər davam etdirilir.

Oxunma sayı 374
Gündəm rubrikasından digər xəbərlər