21 minlik ziyanla bağlı cinayət işləri açıldı

11:53 23.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilib. 


Aparılmış araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın  dəyməsi müəyyən edilib.


Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

 
Oxunma sayı 278
Gündəm rubrikasından digər xəbərlər